logo

Özbəkistan Hökuməti tam tərkibdə istefa verib

20:55 20-01-2020 | icon 280
Özbəkistan Hökuməti tam tərkibdə istefa verib

Daşkənd, 20 yanvar, АZƏRTAC

Yanvarın 20-də Özbəkistan Ali Məclisi Senatının iclasının sonunda ölkənin Baş Naziri Abdulla Aripov Hökumətin tam tərkibdə istefa verdiyini elan edib.

YeniAvropa xəbər verir ki,qanunvericiliyə uyğun olaraq Ali Məclisin və Senatın deputatları tam formalaşdırılandan sonra Hökumət istefa verir.

Ölkə qanunlarına görə, yeni Hökumət formalaşdırılana qədər istefa verən Hökumətin üzvləri öz səlahiyyətlərini icra edirlər.

Yeni Hökumətin yaxın günlərdə formalaşdırılması nəzərdə tutulur.