Nazir Rodolfo Nin Novoa: Uruqvayla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsini həyata keçiriblər.
YeniAvropa xəbər verir ki,nazir Elmar Məmmədyarov məktubunda Azərbaycan ilə Uruqvay arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarı Rodolfo Nin Novoanı təbrik edib.
Məktubda Elmar Məmmədyarov ötən 25 il ərzində uğurlu siyasi dialoq, ticarət əlaqələri və mədəni mübadilələr də daxil olmaqla, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin qoyulduğunu bildirib. Qeyd olunub ki, 2014-cü ildən etibarən Uruqvayda Azərbaycanın daimi diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsi ikitərəfli münasibətlərin daha da inkişafına yardım edib. E.Məmmədyarov Azərbaycanda da Uruqvayın diplomatik nümayəndəliyinin təsis olunmasının müxtəlif sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın daha çox inkişafına təkan verə biləcəyini vurğulayıb.
Təbrik məktubunda Uruqvayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair həmin ölkənin Xarici İşlər Nazirliyinin 26 aprel 2019-cu il bəyanatında əks olunmuş mövqeyi yüksək qiymətləndirilib.
Nazir Elmar Məmmədyarov hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu ifadə edib.
Nazir Rodolfo Nin Novoa azərbaycanlı həmkarına ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. O, ötən ilin may ayında Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı çərçivəsində həmkarı Elmar Məmmədyarovla keçirilmiş görüşə istinadən qeyd edib ki, hazırkı mərhələdə ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədə davam edir. Qət olunmuş yol xalqlarımız arasında ortaq dəyər və prinsiplərə əsaslanan və inkişaf edən dostluğu, eyni zamanda, gələcəkdə siyasi, iqtisadi və mədəni əlaqələrimizi dərinləşdirmək üçün açılacaq imkanları nümayiş etdirir.
Uruqvaylı nazir, habelə qeyd edib ki, Azərbaycan bundan sonra da xalqlarımızın rifahı naminə konstruktiv, praqmatik və məsuliyyətli fəaliyyətin davam etdirilməsi yoluna Uruqvayın sadiq qalacağına əmin ola bilər.
Qeyd edək ki, Azərbaycan ilə Uruqvay arasında diplomatik münasibətlər 1995-ci il yanvarın 11-də qurulub.
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Azərbaycan nefti 91,53 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Binəqədi-Balaxanı şossesində aşan yük maşını,yolda sıxlıq yaratdı