logo

Biləsuvarda Xırdalan sakinindən külli miqdarda narkotik götürülüb

11:25 20-01-2020 | icon 4515
Biləsuvarda Xırdalan sakinindən külli miqdarda narkotik götürülüb

Biləsuvarda 1,5 kiloqramdan artıq psixotrop maddə və narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

YeniAvropa xəbər verir ki,Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Nəsirov “Chevrolet Cruse” markalı avtomobillə Biləsuvar şəhəri ərazisində saxlanılaraq şöbəyə gətirilib. Keçirilən axtarış zamanı M.Nəsirovun üzərindən 37 qram heroin, idarə etdiyi avtomobilindən isə 1 kiloqram 75 qram metamfetamin, 555 qram heroin aşkar edilərək götürülüb. Saxlanılar şəxs narkotik vasitəni Qulam adlı İran vətəndaşından əldə etdiyini bildirib.