logo

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb

17:29 19-01-2020 | icon 2205
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən Şəhidlər xiyabanında hazırlıq işləri aparılıb.

YeniAvropa xəbər verir ki,Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülüb, ağacların budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.

Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Xiyabanın girişindəki bu kompozisiyanı güllərdən döşənən xalça və məzarlaradək divarlarda səkkizguşəli ulduzların üzərinə vurulan bir cüt qərənfil tamamlayıb. Bu işlərə təcrübəli mütəxəssislər, rəssam-dizaynerlər cəlb olunub.

Artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur. Ziyarətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşları var.

Hazırlıq işləri başa çatdırılıb. Yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətini təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri görülüb.