Elçin Quliyev Iranlı həmkarı ilə görüşüb
Yanvarın 19-da Azərbaycan Respublikasının Astara şəhərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin işçi görüşü keçirilib.
YeniAvropa xəbər verir ki,tərəflər sərhəd mühafizə qurumları rəhbərlərinin bilavasitə dövlət sərhədində ənənəyə çevrilmiş işçi görüşlərinin əhəmiyyətini müsbət qiymətləndiriblər.
Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair əhatəli fikir mübadiləsi aparıb, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə fəaliyyətlərin, əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icrasını nəzərdən keçiriblər. Eyni zamanda, sərhəd mühafizə strukturlarının qarşısında duran vəzifələrin effektiv icrası baxımından qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirləri xüsusi vurğulayıb, bununla yanaşı, “Astara” dəmir yolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlərin əlaqələndirilməsi, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizənin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsi, Xəzər dənizində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə sərhəd mühafizəsi sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin aparılması, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir