logo

İndoneziyada 6 bal gücündə zəlzələ olub

10:39 19-01-2020 | icon 2408
İndoneziyada 6 bal gücündə zəlzələ olub

Yanvarın 19-da İndoneziyanın şərqində yerləşən Papua əyalətində 6 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentrinin Abepura yaşayış məntəqəsindən 157 kilometr qərbdə, ocağının 80 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər haqqında hələlik məlumat verilmir.