logo

Nəqliyyat əməkdaşlığı Azərbaycanı Körfəz ölkələri ilə birləşdirəcək

15:34 16-01-2020 | icon 707
Nəqliyyat əməkdaşlığı Azərbaycanı Körfəz ölkələri ilə birləşdirəcək

İranla Azərbaycan arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələrinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir.

YeniAvropa xəbər verir ki,bu sözləri İranın Beynəlxalq Yol və Nəqliyyat Təşkilatının baş direktoru Mənuçöhr Salmanzadə deyib.O vurğulayıb ki, hər iki dövlətin müvafiq strukturları arasında tranzit yüklər üçün rüsumların müəyyənləşməsi və gömrük-keçid prosedurlarının asanlaşdırılması istiqamətində razılıq əldə olunub. Bu razılaşma ticarət dövriyyəsinin artmasına, iş adamlarının qarşılıqlı investisiya yatırmasına böyük imkanlar yaradıb. Onun sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycanı Körfəz ölkələri, İranı isə Rusiya və Avropa ilə birləşdirəcək.