logo

ATƏT uzunmüddətli müşahidə missiyasının siyahısını açıqlayıb

14:47 16-01-2020 | icon 2170
ATƏT uzunmüddətli müşahidə missiyasının siyahısını açıqlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmi internet səhifəsində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində seçki prosesini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb.

YeniAvropa xəbər verir ki,26 nəfərin yer aldığı siyahıda Rusiya, Türkiyə, Birləşmiş Krallıq, Fransa, Almaniya, İsveç, İsveçrə, Albaniya, Çexiya, Danimarka, İrlandiya, İtaliya, Niderland və Norveçdən nümayəndələr var.

Xatırladaq ki, ATƏT-in əsas müşahidə missiyası 12 nəfərdən ibarətdir. Seçki günü daha 350 qısamüddətli müşahidəçinin səsvermənin gedişatını izləyəcəyi bildirilir.