logo

SOCAR ötən il çıxardığı neftin həcmini açıqlayıb

11:55 16-01-2020 | icon 2513
SOCAR ötən il çıxardığı neftin həcmini açıqlayıb

Ötən il SOCAR öz neft hasilatını sabitləşdirməyə nail olub.

YeniAvropa xəbər verir ki,2019-cu ildə şirkət birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olub və il ərzində 7,7 milyon ton neft hasil edib.

Qeyd edək ki, ümumilikdə ötən il ölkədə 37,5 milyon ton xam neft hasil olunub. SOCAR birbaşa özünün istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olsa da, başqa əməliyyatçı şirkətlərin göstəriciləri də daxil omaqla, ümumilikdə ölkə üzrə, neft hasilatının idarə olunan templə təbii azalması davam edib.