logo

Həbs olunan icra başçının hakim oğlunın vəziyyəti müəmmalıdır

10:31 16-01-2020 | icon 1981
Həbs olunan icra başçının hakim oğlunın vəziyyəti müəmmalıdır

Hazırda həbsdə olan Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin hakim oğlunun səhhətində problem yaranıb.

 YeniAvropa xəbər verir  ki, Nərimanov rayon Məhkəməsində hakim vəzifəsində çalışan Ramin Quliyev səhhətində yaranan problemlə əlaqıdar bülleten götürərək işdən gedib. 

Xəbəri Nərimanov Rayon Məhkəməsinindən məlumatı təsdiqləyiblər.

Bir müddət əvvəl isə KİV-də yayılan xəbərlərdən belə aydın olurdu ki, Nərimanov rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatında olan işlər ondan alınaraq başqa hakimlər arasında bölüşdürülüb. 

Xatırladaq ki, ötən il dekabrın 19-da  Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, vəzifə səlahiyyətlərini aşmaq, büdcə vvəsaitlərini mənimsəmə,  korrupsiya və rüşvətxorluqda ittiham olunur.

Nizaməddin Quliyevin digər oğlu Ramal Quliyev isə özünün müraciəti əsasında baş prokurorun müvafiq əmri ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində tutduğu vəzifəsindən azad olunub.