logo

Qubanın dağ kəndlərində temperatur -12°-dək aşağı düşüb

10:09 16-01-2020 | icon 2359
Qubanın dağ kəndlərində temperatur -12°-dək aşağı düşüb

Yanvarın 15-də axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib, bəzi yaşayış məntəqələrinə qar yağıb.

 YeniAvropa xəbər verir  ki, Qubanın Xınalıq və Qrız kəndində qarın hündürlüyü 13 santimetr, Xaltan kəndində 5 santimer, rayon mərkəzində isə 3 santimer təşkil edib. Qusarda 4 santimer, Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 5 santimerə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur -12°-dək enib.