logo

Böyük Britaniya  səfiri İranı tərk etdi

19:13 15-01-2020 | icon 2443
Böyük Britaniya  səfiri İranı tərk etdi

Böyük Britaniyanın İrandakı səfiri Robert Makkayer Tehranı tərk edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, R.Makkayer Tehranda tələbələrin keçirdiyi qanunsuz etiraz aksiyasında iştirak etdiyi üçün polis tərəfindən saxlanılıb. Səfir 1 saatdan çox polis bölməsində saxlanıldıqdan sonra azad edilib. Daha sonra səfiri İranın Xarici İşlər Nazirliyinə çağıraraq ona xəbərdarlıq ediblər. İran parlamenti səfirin hərəkətlərini İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirib və hökumətdən onun ölkədən çıxarılmasını tələb edib.

Dünən isə Böyük Britaniyanın Tehrandakı səfirliyi qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları səfirdən ölkəni tərk etməsi tələb olunub. Bu diplomatik qalmaqalın necə qurtaracağı isə hələlik məlum deyil.