logo

Ukrayna MSK-nın üzvləri də parlament seçkilərini müşahidə edəcəklər

17:14 15-01-2020 | icon 2170
Ukrayna MSK-nın üzvləri də parlament seçkilərini müşahidə edəcəklər

Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvləri fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcəklər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə  Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib. Bildlrilib ki, Ukrayna MSK-nın iki üzvü fevralın 7-10-da Azərbaycanda olacaq, seçkiöncəsi vəziyyəti və səsvermə prosesini müşahidə edəcək. Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasında da görüş keçirəcək ukraynalı qonaqlar seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar.