logo

Ötən il korrupsiyaya faktı üzrə 310 cinayət işi məhkəmələrə göndərilib

16:58 15-01-2020 | icon 1939
Ötən il korrupsiyaya faktı üzrə 310 cinayət işi məhkəmələrə göndərilib

Ötən il Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

YeniAvropa xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurumun ötən il ərzində fəaliyyətinin yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlı olub. Bundan başqa, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri təşkil edib.