logo

"Bakcell" yeni “099” prefiksini istifadəyə verib

10:57 15-01-2020 | icon 2527
"Bakcell" yeni “099” prefiksini istifadəyə verib

"Bakcell" şirkəti özünün yeni “099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksini kommersiya istifadəsinə verib.

YeniAvropa xəbər verir  ki, nömrələrin satışı bu gündən etibarən həyata keçiriləcək.

Qeyd edək ki, yeni "099" prefiksi sayəsində istifadəçilər geniş çeşidli yeni nömrələrdən seçim imkanı əldə edəcəklər. İlkin mərhələdə "Bakcell" abunəçilərinə “099”labaşlayan və uşaqların doğum günü və ya həyatlarının hər hansı əhəmiyyətli günü ilə bağlı olan xüsusi kombinasiyalı mobil nömrələrəldə etmək imkanı veriləcək. Həyatlarının vacib və yaddaqalan hadisəsini mobil nömrə vasitəsi ilə ifadə etmək və yaxud sadəcə gözəl bir kombinasiyalı nömrə əldə etmək imkanı müştərilərin əldə etdiyi nömrələrə əlavə dəyər qatacaq. Bütün bunlar isə Azərbaycanın ən üstün mobil şəbəkəsi (Ookla şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) və rahat müştəri xidmətlərindən istifadə etmək imkanı yaradır. 

“Yeni 099 prefiksi vasitəsilə biz istifadəçilərə çox xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar təklif edəcəyik və bu nömrələri ölkənin ən üstün mobil şəbəkəsində (Ookla şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) istifadə etmək onlara əlavə üstünlüklər qazandıracaq. Müştərilərimizə ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməyə yönəlmiş fəaliyyətimizi davam edəcəyik” ,-deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Yeni "099" prefiksi ilə başlayan fərdi mobil nömrəni əldə etmək üçün “Bakcell”inistənilən dilermağazasına getməkvə ya nomre.bakcell.cominternet səhifəsindən istifadə etmək olar.

Qeyd edək ki, “099”la başlayan nömrələr aylıq abunə haqqı ilə təklif olunan aşağıdakı tariflərdən biri ilə aktivləşdirilir: “CIN5”, “DaimOnline6”, “DaimOnline10”, “Klass L”, “Klass XL”, “Klass XXL”, “Klass 3XL”.

"Bakcell" xidmət və şəbəkə keyfiyyətinin müntəzəm qaydada təkmilləşdirilməsi vasitəsilə abunəçiləriniən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.