MDB müşahidəçiləri Milli Məclisə keçiriləcək seçkiləri izləyəcəklər
Yanvarın 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) direktor vəzifəsini icra edən Yekaterina Qoloulinanın rəhbərliyi ilə həmin qurumun əməkdaşlarından ibarət beynəlxalq müşahidəçilər qrupunun üzvləri Bakı şəhərində Milli Məclisə seçkilər üzrə seçki kampaniyasının gedişinin müşahidəsinə başlayıblar.
YeniAvropa xəbər verir ki, uzunmüddətli monitorinq mərhələsində həyata keçirilən tədbirlərdə yerli müşahidəçi statusuna malik olan MDB PA DİMBİ-nin Bakı filialının əməkdaşları da iştirak edirlər. Uzunmüddətli monitorinq proqramına əsasən yanvarın 14-də MDB PA-dan olan müşahidəçilər Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev ilə görüşüblər.
Mərkəzi Seçki Komissiyasında keçirilən görüşdə Məzahir Pənahov MDB PA-nın nümayəndələrini deputatlığa namizədlərin qeydiyyatı, seçici siyahılarının formalaşması mərhələsində Komissiyanın fəaliyyəti, məntəqə və dairə seçki komissiyaları üzvlərinin təlimi, seçki prosesinin bütün iştirakçılarının hüquq mədəniyyətinin artırılması üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Qonaqlar deputatlığa namizədlər və onların vəkil edilmiş şəxsləri, məntəqə seçki komissiyalarının üzvləri, eləcə də KİV nümayəndələri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan metodiki materiallar, məlumat-yaddaş kitabçaları ilə tanış olublar.
MDB PA-nın nümayəndələri 2016-cı ildən sonra Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilən dəyişikliklər, yanvarın 17-də start veriləcək seçkiqabağı təşviqatın aparılmasına dair bir sıra suallar səsləndiriblər. Görüş iştirakçıları seçkiqabağı təşviqatın aparılması üçün siyasi partiyalar, müstəqil namizədlər tərəfindən internetdən istifadədə artan fəallıq barədə fikir mübadiləsi aparıblar.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə görüşdə seçkilərlə bağlı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin qısamüddətli monitorinq mərhələsində Azərbaycan Respublikasının indiki parlamentində yüksək təmsilçilik səviyyəsinə malik partiyaların seçkiqabağı qərargahlarının rəhbərliyi ilə görüşlər barədə razılıq əldə edilib.
MDB PA DİMBİ-nin Bakı filialında görüşlərin nəticələrinə ilə bağlı işçi müşavirə keçirilib. Müşavirədə uzunmüddətli monitorinq mərhələsində DİMBİ-nin Bakı filialının ekspertləri və əməkdaşlarının regionlarda, o cümlədən Gəncə, Mingəçevir, Samux, Şəmkir, Lənkəran, Astara, Lerik, Masallı şəhərlərində və ətraf rayonlarda bir sıra yaşayış məntəqələrini əhatə edən fəaliyyət planı təsdiq edilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir