logo

Yaponiya  ABŞ-İran gərginliyini azaltmağa kömək edəcək

18:10 15-01-2020 | icon 2289
Yaponiya  ABŞ-İran gərginliyini azaltmağa kömək edəcək

Yaponiya ABŞ və İran arasındakı gərginliyi azaltmaq üçün diplomatik səylər göstərəcəyini bildirib.

 YeniAvropa xəbər verir  ki,bu barədə Yaponiyanın Müdafiə naziri Taro Kono amerikalı həmkarı Mark Esperlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir mətbuat konfransından əvvəl Pentaqon rəhbəri ilə Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İrandakı son hadisələri müzakirə edib.

“Mark Esper ABŞ qüvvələrinin bölgədə necə fəaliyyət göstərdiyi barədə məlumat verdi. Mən də ona gərginliyi azaltmaq və bölgədəki vəziyyəti sabitləşdirmək üçün ardıcıl diplomatik səylər göstərəcəyimizi bildirdim”, - deyə nazir qeyd edib.