logo

Zərdabda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

17:30 15-01-2020 | icon 2079
Zərdabda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Yanvarın 1-dən Zərdab rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta rayon əhalisinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasına imkan verəcək və bu xidmətlərdən 59 mindən çox sakin faydalanacaq.

 YeniAvropa xəbər verir ki,icbari tibbi sığortanın tətbiqi ilə bağlı Zərdabda ötən ilin noyabr-dekabr aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib. Hazırda əhaliyə rayon mərkəzi xəstəxanası və 4 Ailə Sağlamlıq Mərkəzi, habelə 11 həkim və 12 tibb məntəqəsi vasitəsilə tibbi xidmətlər göstərilir. Bu müəssisələrdə 50 həkim və 239 nəfər orta tibb işçisi çalışır.

İcbari tibbi sığorta sisteminə keçidlə əlaqədar rayon mərkəzi xəstəxanasına müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün xəstəxananın Poliklinika şöbəsində qeydiyyat mərkəzi yaradılıb.

Xəstəxanadan verilən məlumata görə, yanvarın əvvəlindən bu günədək 2387 nəfərdən çox sakin müraciət edib. Onlardan 43 nəfəri stasionar, 2344 nəfər isə ambulator müalicəyə cəlb olunub.