logo

Keçən il dəniz nəqliyyatı ilə 948 milyon dollarlıq yük daşınıb

15:20 15-01-2020 | icon 2450
Keçən il dəniz nəqliyyatı ilə 948 milyon dollarlıq yük daşınıb

2019-cu ildə dəniz nəqliyyatı ilə ümumilikdə 1,5 milyon tona yaxın yük daşınıb ki, bu yüklərin dəyəri 948,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, il ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 336 min 247 ton yükün dəyəri 155,5 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1,2 milyon tondan çox, dəyəri isə 792,7 milyon dollar təşkil edib.