logo

Melburn aeroportunda tüstü səbəbindən 50-yə yaxın reys ləğv olunub

14:40 15-01-2020 | icon 2373
Melburn aeroportunda tüstü səbəbindən 50-yə yaxın reys ləğv olunub

Meşə yanğınlarının tüstüsü ilə əlaqədar görüntünün pisləşməsi və güclü külək Avstraliyanın Melburn aeroportunun işini pozub. Bu səbəbdən 50-yə yaxın reys ləğv olunub

YeniAvropa“Australian” nəşrinə istinadla xəbər verir ki, aeroport nümayəndəsinin sözlərinə görə, uçuşların ləğvi həm aeroporta gələn, həm də oradan uçan reyslərə aiddir. Bundan əlavə, onlarla aviareys gecikmə ilə yerinə yetirilir. Bu, ən çox Melburn və Sidney arasında reyslərə təsir edir.

Avstraliyada ötən ilin sentyabrında başlayan və hələ də söndürülməsi mümkün olmayan təbiət yanğınları nəticəsində artıq milyonlarla hektar ərazi yanıb. Alov son aylar 27 nəfərin həyatına son qoyub, iki mindən çox evi külə döndərib. Sidney Universitetinin hesablamalarına əsasən, 1 milyarddan çox heyvan tələf olub.

Hakimiyyət təbii fəlakətdən daha çox zərər çəkmiş rayonlara Hərbi Dəniz Qüvvələrinin gəmilərini və aviasiya göndərib. Ölkənin cənub-şərq sahillərində əhalinin miqyaslı təxliyəsi başlayıb.