logo

Bakıda itkin düşən yeniyetmə qız tapılıb

21:37 14-01-2020 | icon 203
Bakıda itkin düşən yeniyetmə qız tapılıb

Bakıda itkin düşən yeniyetmə qız tapılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sğzlərinə gğrə, yanvarın 13-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb.

İdarənin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmənin yeri müəyyən olunub və bu barədə ailəsi məlumatlandırılıb. A.Salahova ailə üzvlərinə təhvil veriləcək.

Bakı .əhər Baş Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar davam etdirilir.