logo

Ötən il Azərbaycandan 12,5 milyard m3 qaz ixrac olunub

14:50 14-01-2020 | icon 2702
Ötən il Azərbaycandan 12,5 milyard m3 qaz ixrac olunub

2019-cu ildə ölkədən 12 milyard 537,4 milyon kubmetr təbii qaz ixrac edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda qeyd edilib.Bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 2 milyard 366,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2018-ci ildə ölkədən 7 milyard 900 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 1 milyard 499,3 milyon dollar olmuşdu.