logo

Nəcməddin Sadıkov NATO-nun iclasda iştirak edib

18:05 14-01-2020 | icon 2303
Nəcməddin Sadıkov NATO-nun iclasda iştirak edib

Azərbaycanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yanvarın 14-də NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul olunub.