logo

Formula 1 2025-ci ilə qədər ikitaktlı ekoloji motorlara keçə bilər

17:45 14-01-2020 | icon 3101
Formula 1 2025-ci ilə qədər ikitaktlı ekoloji motorlara keçə bilər

Formula 1 2025-ci ilə qədər ikitaktlı motorların tətbiqi imkanını nəzərdən keçirir.

YeniAvropa-ya verilən məlumatda  qeyd olunur ki,bunu çempionatın texniki rəhbəri Pet Simonds bildirib.İkitaktlı motorlardan əsas etibarilə gücü, məsələn, otbiçən maşın və moped kimi xeyli dərəcədə zəif olan texnikada istifadə olunur. Əvvəllər belə mühərriklər çox yanacaq istifadə edir və ətraf mühiti güclü çirkləndirirdi, lakin Simondsun sözlərinə görə, texnologiyaların inkişafı bu problemləri həll etməyə imkan verir.

Xatırladaq ki, daha əvvəl Formula 1 işlənmiş qazı 2030-cu il mövsümünə qədər sıfıra endirməyə çalışdığını bildirib.

“Motorsport Magazine” Simondsun bu sözlərini sitat gətirib: “Biz F1-də belə bir imkanı nəzərdən keçiririk. Mən ikitaktlı motorlara meyilliyəm. İkitaktlı motorlarla bağlı köhnə problemlər artıq problem olmaqdan çıxıb”.