logo

Mahnı teatrında bayram şənliyi təşkil edilib

15:20 14-01-2020 | icon 287
Mahnı teatrında bayram şənliyi təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının rusdilli uşaqlardan ibarət “Günay” studiyası Rəşid Behbudov adına Mahnı Teatrında Şaxta baba, Qar qız, məşhur pişiklər Leopold, Basilio və Tom ilə birlikdə parlaq, rəngarəng bayram şənliyi keçirib.

İdarədən YeniAvropa-ya bildirilib ki,bu ilin rəmzləri Mickey, Mini Mouse və digər siçanlarla birlikdə əsl “ulduz” konserti baş tutub.

Dekabr ayında Moskvada keçirilən “Millətin Qızılı” Beynəlxalq festival-müsabiqəsində müxtəlif nominasiyalarda diplomlar qazanan 20 laureat öz mahnıları, rəqsləri və maraqlı səhnəcikləri ilə tamaşaçıları sevindirib.

Tamaşaçılar bir neçə saat ardıcıl davam edən möhtəşəm Yeni il tamaşasını maraqla izləyiblər. Uşaqlar fərqli ifaları ilə hər kəsi heyran ediblər.

“Günay” studiyasının xoreoqrafı Günəş Talıbova, bədii rəhbəri və rejissoru Larisa Viktorovna Tarusovadır.