logo

Ötən il pambıq lifi və ipliyinin ixracı artıb

13:43 14-01-2020 | icon 637
Ötən il pambıq lifi və ipliyinin ixracı artıb

2019-cu ildə Azərbaycandan 89,7 min ton pambıq lifi və 12,8 min ton pambıq ipliyi ixrac edilib.

YeniAvropa Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 123,9 milyon, pambıq ipliyinin dəyəri isə 30,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2018-ci ildə ölkədən 80,4 milyon dollarlıq 54,3 min ton pambıq lifi, 23,6 milyon dollarlıq 9,5 min ton pambıq ipliyi ixrac edilmişdi.