logo

İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

12:55 14-01-2020 | icon 2688
İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

Beynəlxalq qanunları kobudcasına pozması və general Qasım Süleymaninin qətlinə görə İran ABŞ Prezidenti Donald Trampdan beynəlxalq məhkəməyə şikayət edəcək.

YeniAvropa xəbər verir ki, bu sözləri İranın məhkəmə hakimiyyətinin rəhbəri Seyid İbrahim Rəisi deyib. O bildirib ki, bu məsələ hazırda məhkəmə ilə Xarici İşlər Nazirliyi və insan hüquqları təşkilatı arasında müzakirə edilir. Müzakirələrdən sonra ittihamları əsaslandıran lazımi sənədlər toplanaraq beynəlxalq məhkəməyə təqdim ediləcək.

İran ilk dəfə deyil ki, ABŞ-ı məhkəməyə verir. BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi bir neçə dəfə İranın şikayəti əsasında işə baxıb. Ötən il İrana tətbiq olunan iqtisadi sanksiyalar ilə bağlı rəsmi Tehranın şikayəti əsasında işə baxılıb. Beynəlxalq məhkəmə ABŞ-ın İranın əczaçılıq və səhiyyə sahəsinə tətbiq etdiyi sanksiyaların ədalətsiz olduğunu və beynəlxalq qanunlara zidd hesab edib. Məhkəmə bu sahələrə tətbiq olunan sanksiyaların aradan qaldırılması haqqında qərar qəbul etsə də, ABŞ beynəlxalq məhkəmənin qərarını icra etməyib.