logo

Prezident Avstriyanın Federal Kanslerini təbrik edib.

18:15 13-01-2020 | icon 2198
Prezident Avstriyanın Federal Kanslerini təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:"Hörmətli cənab Federal Kansler, 

Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".