logo

İlham Əliyev Xorvatiyanın yeni prezidentini təbrik etdi

17:55 13-01-2020 | icon 721
İlham Əliyev Xorvatiyanın yeni prezidentini təbrik etdi

Prezident İlham Əliyev yanvarın 13-də Xorvatiyanın yeni seçilmiş prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Milanoviç,

Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".