logo

Heydər Əliyev prospektində sürət həddi endirilir

14:11 13-01-2020 | icon 2086
Heydər Əliyev prospektində sürət həddi endirilir

Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) saatda 110 kilometrə endiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.Qeyd edilib ki, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. Agentliyin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Yanvarın 17-də sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq. Sürücülərdən yollarda diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş edilir.