logo

MSK sədri: Namizədlərin seçiciləri ilə görüşmələri üçün lazımi şərait təmin olunub

13:59 13-01-2020 | icon 623
MSK sədri: Namizədlərin seçiciləri ilə görüşmələri üçün lazımi şərait təmin olunub

Azərbaycanda fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar namizədlərin seçiciləri ilə görüşmələri üçün lazımi şərait təmin olunub.

YeniAvropa xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri əlavə edib ki, bütün seçki dairələri üzrə namizədlərin öz seçiciləri ilə görüşmələri üçün yerlər ayrılıb. Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlər ayrılıb və mətbuatda da dərc edilib. Namizədlər həmin yerlərdə sərbəst şəkildə seçiciləri ilə görüşə bilərlər.