logo

Astara sakinindən 2,5 kiloqramdan çox heroin götürülüb

11:57 13-01-2020 | icon 1960
Astara sakinindən 2,5 kiloqramdan çox heroin götürülüb

Astara rayon Polis Şöbəsinin əməkdaşları uğurlu əməliyyat tədbirləri keçirərək 2,5 kq-dan çox heroini qanunsuz dövriyyədən çıxarıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Astara rayonunun Ərçivan qəsəbə sakini Qurbanəli Əliyev Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xalıqova heroin satmaq istəyərkən hər ikisi saxlanılıb.

Rayon polis şöbəsinə gətirilmiş Q.Əliyevin üzərindən bağlamada 2 kiloqram, C.Xalıqovun üzərindən isə bir bükümdə 1,25 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Q.Əliyevin narkotik vasitəni İran vətəndaşından əldə etdiyi, Astara rayonunun Pensər kəndi ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən olunub.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini olan Şəbir Səmədli bir büküm heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış keçirilən zamanı ümumilikdə 530 qram heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.