logo

Badamdarda torpaq sürüşməsi davam edir

10:21 13-01-2020 | icon 2226
Badamdarda torpaq sürüşməsi davam edir

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində gərginlik qalmaqdadır.

 YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, nazirliyin  əməkdaşları hələ də ərazidədir və araşdırmalar davam etdirilir.

“Asfalta tökülən torpaq qatı götürülməyib. Hazırda asılı qalmış torpaq qatında xırda uçqunlar baş verir”,-deyə mütəxəssis vurğulayıb.

Xatırladaq ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.