logo

İran polisi Britaniya səfirini tanımadığı üçün saxladığını deyir

09:14 13-01-2020 | icon 2345
İran polisi Britaniya səfirini tanımadığı üçün saxladığını deyir

Böyük Britaniyanın səfiri hökumət əleyhinə qanunsuz və icazəsiz aksiyada iştirak edib. Buna görə də polis onu tanımadığı üçün saxlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı söyləyib. 

“Polisdən mənə zəng vurub dedilər ki, qanunsuz aksiyada saxlanılan xarici vətəndaş iddia edir ki, Böyük Britaniyanın İrandakı səfiridir. Bu sözü eşidəndə mən çox təəccübləndim və fikirləşdim ki, səfirin qanunsuz aksiyada nə işi var? İnanmadım. Lakin onunla telefonda danışanda inandım ki, bu adam Böyük Britaniyanın ölkəmizdəki səfiri Roberta Makkeyradır. Bundan sonra onu dərhal azad ediblər”, -XİN rəsmisi bildirib.

Qeyd edək ki, ötən gün  Böyük Britaniyanın İrandakı səfiri qanunsuz aksiyada iştirak etdiyinə görə polis tərəfindən bir neçə saat saxlanılıb. Sonra səfiri İranın Xarici İşlər Nazirliyinə çağıraraq xəbərdarlıq ediblər.