logo

Vilayət Eyvazov daha bir polkovniki işdən çıxardı

21:45 12-01-2020 | icon 308
Vilayət Eyvazov daha bir polkovniki işdən çıxardı

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

YeniAvropa xəbər verir  ki,daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovu tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

T.Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub. Bundan əvvəl isə o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.