logo

Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı ilə görüşüb

19:50 12-01-2020 | icon 2324
Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı ilə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sarajı qəbul edib.

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, görüş İstanbulda, Dolmabağça sarayında keçirilib.

Məlumata görə, danışıqlar 2 saat 30 dəqiqə davam edib və mətbuat üçün qapalı olub.

Xatırladaq ki, görüş Liviyada münaqişə tərəflərinin atəşkəsi fonunda baş tutub. Atəşkəs Türkiyə və Rusiyanın təşəbbüsü ilə qüvvəyə minib.