logo

Xızıda ağır avtoqəza:5 nəfər ağır yaralanıb

14:29 12-01-2020 | icon 2079
Xızıda ağır avtoqəza:5 nəfər ağır yaralanıb

Bakı-Quba avtomobil yolunda ötən gecə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza magistralın Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində qeydə alınıb.

YeniAvropa xəbər verir  ki,  "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Avtomobildə sıxışıb qalan sərnişinlər vətəndaşların köməyi ilə çıxarılıb.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2 nəfərinin şəxsiyyəti məlum olub. Onlar - 1990-cı il təvəllüdlü Abdullayeva İlahə Ədalət qızı və 1959-cu il təvəllüdlü Qarayeva İmarət Məhəmməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.