logo

İmamoğlu İstanbul zəlzələsindən danışdı

19:29 11-01-2020 | icon 2394
İmamoğlu İstanbul zəlzələsindən danışdı

İstanbulda baş vermiş 4.7 bal gücündə zəlzələdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu açıqlama verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, o açıqlamasında bildirib ki, ocağı Marmara Dənizinin 7.09 kilometr dərinliyində olan yeraltı təkanlar İstanbulla yanaşı ətraf rayonlarda da hiss edilib.

Ə.İmamoğlu zəlzələnin baş verdiyi andan indiyədək dağıntı və tələfat barədə heç bir məlumatın daxil olmadığını qeyd edib.

O, baş vermiş təbiət hadisəsindən sonra bütün aidiyyətı qurumların gücləndirilmiş iş rejiminə keçdiyini bildirib.

Xatırladaq ki, Türkiyənin Marmara Dənizində, İstanbulun Silivri rayonunun sahillərinə yaxın ərazidə yerli vaxtla 16.37-də 4.7 bal gücündə zəlzələ baş verib.