logo

Prezidentin qızının evlərdə 985 sənət əsəri aşkar edilib

20:36 11-01-2020 | icon 2499
Prezidentin qızının evlərdə 985 sənət əsəri aşkar edilib

Özbəkistanın sabiq prezidentinin qızı Gülnara Kərimovanın bu ölkədəki evlərində ümumilikdə 985 adda sənət əsəri aşkar edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  həmin əsərlərin arasında rəsmlər, bəzək əşyaları, keramika, ağacdan hazırlanan bədii məmulatlar və digər qiymətli əşyalar var. Bu əsərlər məhkəmənin qərarı ilə Özbəkistanın müxtəlif muzeylərinə təhvil verilib.

Xatırladaq ki, Özbəkistanın Baş prokurorluğu, Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar Gülnara Kərimovanın cinayətkarlıq yolu ilə əldə etdiyi aktivlərin Özbəkistana qaytarılması istiqamətində İsveçrə, Fransa, Rusiya, Latviya və digər dövlətlərlə danışıqlar aparırlar. Bu ölkədən olan ekspertlər İsveçrə Federal Prokurorluğunun nümayəndələri ilə birgə Gülnara Kərimovanın Cenevrədəki villasında olan 70 sənət əsərinin dəyərini öyrənir və ölkəyə gətirilməsi üçün fəaliyyəti davam etdirirlər.