logo

934 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

18:11 11-01-2020 | icon 2254
934 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, həmin şəxslərdən 2354 nəfərin namizədliyi təsdiq olunub. 2247 nəfər imza vərəqələrini götürüb. 1764 nəfər imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 934 nəfər qeydə alınıb. Qeydə alınan namizədlərdən 267 nəfəri siyasi partiyanın üzvüdür.