logo

Xaçmaz sakinindən 0,5 kq marixuana götürüldü

16:49 11-01-2020 | icon 2100
Xaçmaz sakinindən 0,5 kq marixuana götürüldü

Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, saxlanılan rayon sakini Cavanşir Qurbanovun üzərinə keçirilən baxış zamanı sellofan torbada ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı C.Qurbanov narkotik maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.