logo

İran ABŞ-dan  BMT-yə şikayət etdi

15:10 11-01-2020 | icon 2142
İran ABŞ-dan  BMT-yə şikayət etdi

İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxtrəvanc təşkilatın Baş katibi Antonio Quterreşə yazdığı məktubda ABŞ-la bağlı etirazını bildirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, yanvarın 10-da BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında iştirak etmək üçün ABŞ-a səfərə hazırlaşan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif viza ala bilməyib. ABŞ administrasiyası nazirə viza verməkdən imtina edib. Xarici İşlər nazirinin viza probleminə görə iştirak etmədiyi BMT Təhlükəsizlik Şurasının iclasında İranın nüvə proqramı müzakirə edilib.

M.Təxtrəvanc BMT-nin Baş katibinə yazdığı məktubda problemin həll olunması üçün kömək istəyib. Bildirib ki, rəsmi Vaşinqtonun bu hərəkəti təşkilatın Nizamnaməsinə və beynəlxalq qanunlara ziddir.