logo

İlham Əliyev Oman Sultanına başsağlığı verdi

14:53 11-01-2020 | icon 2163
İlham Əliyev Oman Sultanına başsağlığı verdi

Prezident İlham Əliyev yanvarın 11-də Omanın Sultanı Heytəm bin Tariq Al Səidə başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

"Əlahəzrət,

Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"