logo

Binəqədi rayonunda mebel sexi yandı

11:55 11-01-2020 | icon 2506
Binəqədi rayonunda mebel sexi yandı

Binəqədi rayonunda ümumi sahəsi 1200 kvadratmetr olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, nəticədə sahəsi 200 kvadratmetr olan mebel sexinin dam örtüyünün taxta atmaları və içərisindəki taxta materiallar yanıb. Bitişik sexlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.