logo

Sabirabadda 5 otaqlı ev yanıb

10:15 11-01-2020 | icon 2114
Sabirabadda 5 otaqlı ev yanıb

Sabirabad rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, hadisə rayonun Mürsəlli kəndində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Nəticədə evin çardağı və tavanı 70 kvadratmetr, bir otağının döşəməsi 10 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 200 kvadratmetr olan talvarın lambirindən ibarət tavanı 50 kvadratmetr sahədə əriyib. Evin, talvarın qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.