logo

49 il Omana rəhbərlik edən sultan vəfat etdi

22:39 10-01-2020 | icon 2282
49 il Omana rəhbərlik edən sultan vəfat etdi

Oman Sultanı Qabus bin Səid uzun sürən xəstəlikdən sonra yanvarın 10-da 79 yaşında vəfat edib.

YeniAvropa xəbər verir  ki,  bu barədə Omanın dövlət informasiya agentliyi Sultanın dəftərxanasına istinadla məlumat yayıb.

1970-ci ildən ölkəyə  rəhbərlik edən Qabus bin Səid 2015-ci ildən xərçəng xəstəlindən əziyyət çəkirmiş. Son vaxtlar səhhətinin ağırlaşması barədə KİV-də tez-tez xəbərlər yer alıbı.

Sultan son illər Almaniyada müalicə olunurdu. Onun varisi yoxdur.

Sultanın vəfatı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.