logo

Fərid Mansurov “Tokio 2020”də nümayəndə heyətimizin rəhbəri olacaq

19:11 10-01-2020 | icon 1022
Fərid Mansurov “Tokio 2020”də nümayəndə heyətimizin rəhbəri olacaq

“Tokio 2020” Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşib.

YeniAvropa Azərbaycan Milli Olimpiya Komitəsinin saytına istinadla xəbər verir ki, “Tokio 2020”də nümayəndə heyətinin rəhbəri (Şef de-mission) Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov təyin edilib.

F.Mansurov 2004-cü ildə Afina Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında bütün rəqiblərinə qalib gələrək çempion olub.