logo

İlham Əliyev Ağsu rayonunda yol tikintisinə 17,4 milyon manat ayırdı

17:59 10-01-2020 | icon 2289
İlham Əliyev Ağsu rayonunda yol tikintisinə 17,4 milyon manat ayırdı

Prezident İlham Əliyev yanvarın 10-da Ağsu rayonunun Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon (on yeddi milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın".