logo

“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq qaynar xətt” xidmətinə 2019-cu ildə 5061 müraciət daxil olub

16:15 10-01-2020 | icon 2604
“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq qaynar xətt” xidmətinə 2019-cu ildə 5061 müraciət daxil olub

Fəaliyyət dövrü ərzində daim sosial layihələr həyata keçirən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəklədiyi “Uşaq qaynar xətt” xidməti 2019-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. 

 YeniAvropa xəbər verir  ki, uUşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, ehtiyac olduğu halda müraciət edənlərin reabilitasiya mərkəzlərinə, digər xidmətlərə yönləndirməsi və təxirəsalınmaz köməyin göstərilməsi məqsədilə yaradılan “Uşaq qaynar xətt” xidməti 2019-cu il ərzində 5061 zəng qəbul edib. Müraciətlərin 435-i psixoloji, 622-si hüquqi, 2776-sı təhsil, 247-si səhiyyə, 387-si sosial, 594-ü isə digər məsələlərə aiddir. Onu da vurğulayaq ki, ilboyu mərkəzə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Belarus, Bolqarıstan, Lüksemburq və Özbəkistandan da zənglər daxil olub. Müraciətlər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən edilib.

Qeyd edək ki, yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığının qorunmasına xüsusi önəm verən “Azercell” şirkətinin təşəbbüsü ilə 2019-cu ildə “Uşaq qaynar xətt” xidməti üçün “116-111” qısa nömrəsı ayrılıb. Bununla da, dəstəyə ehtiyacı olan gənclərə “qaynar xətt”in əməkdaşları ilə daha rahat əlaqə qurmaq imkanı təqdim edilib. Xatırladaq ki, hələ 2017-ci ildə “Azercell”in dəstəyi və təşəbbüsü ilə “Uşaq qaynar xətt” xidmətinin “Android” və “iOS” əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilməklə, xidmətin dünyanın istənilən nöqtəsində əlçatanlığı təmin olunub.

“Uşaq qaynar xətt” xidməti “Azercell Telekom”un dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə çalışır. Xidmətə günün istənilən vaxtında (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və “116-111” nömrələri vasitəsilə həm şəhərdaxili, həm də “Azercell” nömrələrindən ödənişsiz olaraq müraciət etmək mümkündür.

Daha ətraflı məlumatı “[email protected]” ünvanından əldə etmək olar.