logo

Bu il də manatın məzənnəsi sabit qalacaq

15:49 10-01-2020 | icon 2513
Bu il də manatın məzənnəsi sabit qalacaq

2020-ci ildə də manatın məzənnəsi öz dinamikasını qoruyacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

E.Rüstəmov bildirib ki, manatın məzənnəsinin dinamikası bu il də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.